20 yanvar 2012 15:13
Neftçidən 1 dəqiqəlik sükut və 4 ayrılıq
"Neftçi" Antalyadakı hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, “flaqman” bu günkü məşqinə 1 dəqiqləlik sükutla başlayıb.
Futbolçular və məşqçilər heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər. Bu arada Ağabala Ramazanov və Elvin Yunuszadənin ardınca “ağ-qaralar”ın daha 2 üzvü - İlham Allaverdiyev və Elnur Soltanlı da 21 yaşlı futbolçulardan ibarət yığma komandanın düşərgəsinə çağırılıb. Hazırlıqlarını "Neftçi"nin əsas komandası ilə davam etdirən gənc futbolçular sabah U-21-in düşərgəsinə yollanacaqlar.
