20 yanvar 2012 15:57
Neftçi U-21-in üzvlərini yığmaya gec buraxacaq
"Neftçi" PFK rəhbərliyi 21 yaşlı futbolçulardan ibarət milli komandanın baş məşqçisi Bernard Lippertlə razılığa gəlib. Azerisport.az xəbər verir ki, “flaqman”ın 4 üzvü, sabah təşkil olunacaq "Neftçi" - "Aktobe" görüşündən sonra millinin düşərgəsinə yollanacaq.
Buna səbəb "Nefçi"nin məşqçilər heyətinin yoxlama matçında, gənc futbolçuları sınamaq istəməsidi.
Xatırladaq ki, əsas komanda ilə hazırlıqlara cəlb olunmuş gənc futbolçular Almaniyanın "Dinamo" klubu ilə yoxlama matçında da meydana çıxmışdı.
