20 yanvar 2012 17:38
Qarabağdan daha bir transfer (FOTO)
“Qarabağ” qış fasiləsi dönəmində 2-ci transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, Vaqif Cavadovun ardından komandanın sıralarına daha bir yerli futbolçu qoşulub.
Belə ki, “Qarabağ” daha bir gənc istedadla sıralarını genişləndirib. 20 yaşlı Eltun Yaqublu “Neftçi”dən transfer edilib. Müdafiəçiylə 3 illik müqavilə imzalanıb. Dünən axşam Antalyaya gələn Yaqublu bu gün komandayla ilk məşqə çıxıb.
Gənc müdafiəçi yeni klubunun rəsmi saytına ilk təəssüratlarını bölüşüb: “Qarabağ” kimi böyük camiəyə gəldiyimə görə xoşbəxtəm. Yerli futbolçuların üstünlük təşkil etdiyi, baxımlı futbol oynayan və Azərbaycanın sevimli komandasındayam. Özümü heç də yad hesab etmirəm. Əksər futbolçularla əvvəlcədən tanışam. Qurban Qurbanov kimi gənclərə üstünlük verən baş məşqçiylə işləyəcəyimə görə həyacanlıyam. Bilirəm ki, məni burda çətin rəqabət gözləyir. Məşqlərdə səylə çalışıb zamanımı gözləyəcəm”.
