20 yanvar 2012 21:12
20 yanvar şəhidlərinin xatirəsi Xəzər Lənkəran tərəfindən də anıldı
20 yanvar faciəsinin ildönümü “Xəzər Lənkəran”ın məskunlaşdiği Tükiyənin Antalya şəhərindəki toplanışında da anılıb. Azerisport.az xəbər verir ki, səhər məşqi zamanı meydana toplanan məşqçi və futbolçu heyəti ayaqüstü kiçik görüş keçirərək 1990-cu ildə baş verən qanlı hadisədən danışıb.
Baş məşqçi Cüneyt Biçer bu qanlı hadisənin Azərbaycanın müstəqilliyi uğrunda böyük bir qəhrəmanlıq salnaməsi olduğunu söyləyib. Danışıqlar tərçüməçimiz Elvar Quliyev vasitəsilə legioner futbolçulara da çatdırılıb. Sonda şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
