20 yanvar 2012 11:51
Tərlan Əhmədov: Bu, inkişafdan xəbər verir
“Neftçi”nin məşqçisi Tərlan Əhmədov komandasının Türkiyə hazırlığını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Hazırlıqların ilk 6 günü futbolçuların güc toplamasına hesablanmışdı. Sabahdan sürət və cəldliyin artırılmasına çalışacağıq. Futbolçuların məşqlərə münasibəti əladır. Hətta gənc futbolçular da əsas heyətin üzvləri ilə rəqabət aparmağa çalışır. Bu isə inkişafdan xəbər verir".
