20 yanvar 2012 12:03
Xəzər Lənkəran, Neftçi, Qarabağ
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Qış fasiləsində ən səs-küylü transferi hansı klubdan gözləyirsiz” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyini təqdim edirik.
Beləliklə, futbol azarkeşləri belə bir transferi “Xəzər Lənkəran”nın həyata keçirəcəyinə daha çox inanır. Respondentlərin 36 faizi (399 səs) məhz bu komandadan transfer bombası gözlədiyini bildirib.
Növbəti yerdə isə “Neftçi” gedir. Bu komandanın səs-küylü transfer həyata keçirəcəyinə inananlar 19 faizdi (208 səs).
“Qarabağ”dan da belə transfer gözləyənlər az deyil. Ağdam klubunun səs-küylü transfer edəcəyini gözləyənlər 12 faiz təşkil edir (137 səs).
