20 yanvar 2012 12:14
“Komanda həmin görüşlərə yüksək ab-havada hazırlaşır”
“Neftçi”nin məşqçisi Bəxtiyar Musayev komandasının Türkiyə hazırlığını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
"Məşqimizi trenajor zalında keçdik. Bu yükləmələr futbolçuların fiziki göstəricilərinə yaxşı mənada təsir göstərəcək. Sabahdan gündə 3 məşqimiz olacaq. Verdiyimiz tapşırıqlar futbolçular tərəfindən tam yerinə yetirilir. Qarşıda 2 yoldaşlıq matçımız var. Komanda həmin görüşlərə də yüksək ab-havada hazırlaşır".
