20 yanvar 2012 12:31
Quliyev: Futbolçular tapşırıqları can-başla yerinə yetirirlər
“Neftçi”nin məşqçisi Kamal Quliyev komandasının Türkiyə hazırlığını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
"Baş məşqçinin verdiyi tapşırıqları həm biz məşqçilər, həm də futbolçular canla-başla yerinə yetiririk. Artıq 1 yoxlama matçı keçirmişik. Bu oyunda əvəzedici heyətdən əsas komandaya cəlb olunmuş futbolçuları da yoxladıq. Onlar üçün böyük təcrübə oldu. Öz növbəmdə klub rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, əsas komanda ilə yanaşı, gənc futbolçulara da belə bir şəraiti yaradıblar".
