20 yanvar 2012 12:40
Millimiz Belarus yığması ilə qarşılaşacaq
Azərbaycan millisinin daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, millimiz Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək. Artıq bu görüşün nə vaxt və harda keçirəcəyi də bəllidi. Belə ki, qarşılaşma iyunun 5-də, Minsk şəhərində baş tutacaq.
