21 yanvar 2012 20:58

Qarabağ Tarasa məğlub oldu (YENİLƏNİB)

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün qardaş ölkədə ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri qüvvəsini Qazaxıstan klubu ilə görüşdə sınayıb.
 
Belə ki, Ağdam təmsilçisinin rəqibi “Taras” komandasıydı. Qarşılaşmada qazaxlar erkən qolla hesabı açıblar. Elə görüşün sonuna kimi ağdamlılar çox çalışsalar da, məğlubiyyətdən qaça bilməyiblər.
 
Nəticədə, Ağdam klubu ilk sınaq matçında məğlubiyyətlə üzləşib.
 
Yoxlama oyunu
21 yanvar
 
Qarabağ - Taras - 0:1
Qol: Adamoviç, 8.
 
"Qarabağ"ın start heyəti: Fərhad Vəliyev, Zaur Həşimov, Ansi Aqolli, Admir Teli, Maksim Medvedev, Rəşad Sadiqov (k), Namiq Yusifov, Əfran İsmayılov, Rauf Əliyev, Georgi Adamiya, Dmitri Rekiş.
 
Matç başladı
5. İlk dəqiqələr kəşfiyyat xarakteri daşıyır.
8. Müdafiəçilərin səhvindən sonra qazaxlar hesabı açırlar - 0:1
11. Əfranın zərbəsi müdafiəçilərə dəyərək qapıçıda qalır
14. Əfran daha bir reyd edir, son anda topu uzaqlaşdırırlar
16. Əfran sarı vərəqə alır
19. Sadiqovun zərbəsi zəif alınır
24. Rauf da qapını yoxlayır, cəhdi bəhrəsizdi
26. Real qol şansı: Adamiyanın yaxın məsafədən zərbəsini qolkiper dəf edir
29. Rauf ofsayda düşür
31. Ansinin uzaqdan zərbəsi dəqiq olmur
44. Daha bir real qol şansı. Rauf qapıçıyla təkbətək çıxsa da, zərbəsini qolkiper dəf edir
45. İlk yarı başa çatdı.
2-ci yarıya komandamız fərqli heyətlə çıxır: Boyan, Emin, Qara, Kamil, İlqar, Nedzipi, Juqoviç, Coubani, Vüqar, Bəxtiyar.
49. Diakotenin zərbəsi qapıdan aralı keçir
54. Daha bir qol şansı. Vüqar qapıçıyla üzbəüz qalsa da, zərbəsi dirəyin yanından keçir
64. Emin sarı vərəqə alır
71. Qazaxlar 2 dəfə qapını uzaqdan yoxlsalar da Bojan hər 2 epizodda  dəqiq oynayır
78. Oyun daha çox mərkəzdə gedir
83. Coubaninin başla zərbəsinə qolkiper əla reaksiya göstərdi
90. Oyun başa çatır

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.