21 yanvar 2012 19:07
Simurq qazaxlarla sülh bağladı (YENİLƏNİB)
Türkiyədə təlim-məşq toplanışında olan “Simurq” bu gün qardaş ölkədə ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Sergey Yuranın yetirmələri qüvvəsini Qazaxıstan klubu ilə görüşdə sınayıb.
Belə ki, Zaqatala təmsilçisinin rəqibi “Kaysar” komandası olub. “Mardan İdman Kompleksi”ndə baş tutan görüşdə hesabı təmsilçimiz açıb. Lakin qazaxlar son anda məğlubiyyətdən qaça biliblər.
Beləcə, "Simurq" ilk sınaq matçından sülhlə ayrılıb.
Yoxlama oyunu
21 yanvar
Simurq – Kaysar - 1:1 (1:0)
Qollar: Tofiq Mikayılov, 40 - Rəşad Orucov, 82-öz qapısına.
"Simurq"un start heyəti: Dmitri Kramarenko, Rasim Ramaldanov, Vidas Alunderis, Ruslan Poladov, Emin Cəfərquliyev, Vasili Yanatovski, Rəşad Eyyubov, Nicat Qurbanov, Tofiq Mikayılov, Tərlan İbrahimov, Vyaçeslav Sofroni.
40. Nuran Qurbanovun əla ötürməsini Tofiq Mikayılov 10 metrdən dəqiq zərbə ilə tora qovuşdurur - 1:0
46. İkinci hissədə Sergey Yuran "Simurq"un heyətində birdən-birə 9 dəyişiklik edir
82. Qazaxlar Rəşad Orucovun avtoqolu sayəsində hesabı bərabərləşdirirlər - 1:1
