21 yanvar 2012 13:36
Sumqayıt laktat testən keçdi (FOTOLAR)
“Sumqayıt” Futbol Klubu Antalyada təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın üzvləri fiziki hazırlıqlarının yoxlanması ilə əlaqədar laktat testdən keçiblər.
Nəzərinizə çatdıraq ki, komandanın üç üzvü – Ruslan Tağızadə, Emin Mustafayev və Orxan Həsənov U-21-in düşərgəsinə yollanıb. “Sumqayıt” Antalyada bu gün növbəti yoxlama oyununa çıxacaq. Yanvarın 19-da Qazaxıstanın “Jetusi” klubunu 2:0 hesabı ilə məğlubiyyətə uğradan Bernhard Raabın komandası bu dəfə Almaniya 1-ci Bundesliqasında mübarizə aparan “Paterborn”la üz-üzə gələcək. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq görüş “Arcadia Limak” otelinin stadionunda keçiriləcək.
