21 yanvar 2012 13:51
Qarabağın son rəqibi müəyyənləşdi
“Qarabağ”ın Türkiyə toplanışı çərçivəsindəki son sınaqçı-rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki ki, Ağdam klubu qardaş ölkədəki son yoxlama matçını Gürcüstan təmsilçisinə qarşı keçirəcək.
Belə ki, Qurban Qurbanov yetirmələrini “Vit Corciya” komandası ilə dueldə sınayacaq. Bu komanda ilə görüşün fevralın 3-də keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Qarabağ” öncədən Yaroslavl “Şinnik”i ilə qarşılaşmağı planlaşdırsa da, sonradan rəqib dəyişdirilib.
