21 yanvar 2012 01:36
Neftçinin futbolçuları Antalyaspor – Beşiktaş matçında
"Neftçi" Antalya hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubunun üzvləri hazırlıqla yanaşı boş vaxtlarını maraqlı keçirməyi də unutmurlar.
Belə ki, "Mardanspor" otelində məskunlaşmış “ağ-qaralar” ötən gecə Türkiyə Superliqasının 21-ci turu çərçivəsində baş tutmuş "Antalyaspor" - "Beşiktaş" matçını stadiondan izləyiblər. Qarşılaşma 2:1 hesabıyla qonaq komandanın xeyrinə başa çayıb.
