21 yanvar 2012 14:14
Volqa Vaqif Cavadovun əvəzində sabiq Xəzər Lənkəranlı ilə güclənir (FOTO)
Rusiyanın “Volqa” klubu “Xəzər Lənkəran”ın sabiq oyunçusu ilə güclənə bilər. Azerisport.az xəbər verir ki, Nijni Novqorod təmsilçisi vaxtilə cənub təmsilçisinin uğurları üçün tər tökən moldovalı Denis Kalinkova göz dikib.
Sabiq “Xəzər Lənkəran”lı artıq “Volqa”nın son yoxlama matçında da iştirak edib. Belə ki, o, Ukrayna “Zarya”sı ilə görüşdə forma geyib. Rusiya klubunun Kalinovu saxlayıb-saxlamayacağı yaxın günlərdə bilinəcək.
Qeyd edək ki, “Volqa” Kalinkova Vaqif Cavadovun əvəzləyicisi gözü ilə baxır. Məsələ burasındadı ki, bir neçə gün öncə sözügedən komandadan ayrılaraq “Qarabağ”a keçən millimizin hücumçusunun gedişindən sonra Nijni Novqorod klubu sol cinah yarımmüdafiəçisi axtarışına çıxıb.
