21 yanvar 2012 02:13
İnter albanlarla oyuna hazırdı (FOTOLAR)
Xəbər verdiyimiz kimi, "İnter" Türkiyədə təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, ötən gün komanda səhər bərpa məşqinə çıxıb.
Məşqdən öncə komandanın baş məşqçisi Kaxaber Tsxadadze 20 Yanvar faciəsinin 22-ci ildönümü olduğunu bildirib və qanlı hadisələrdə həlak olmuş insanların xatirəsini bir qəqiqəlik sükutla yad olunmasını xahiş edib. Gürcüntanlı mütəxəssis "İnter" komandasının məşqçi heyəti və futbolçuları adından Azərbaycan xalqına başsağlığı verib, həlak olmuş insanlara Allahdan rəhmət, yaxınlarına isə səbr diləyib. Bir dəqiqəlik sükutdan sonra futbolçular müxtəlif tapşırıqları yerinə yetiriblər. Axşam məşqində isə bu gün keçiriləcək Albaniyanın “Biliş Bolş” komandasıyla oyunun hazırlıqlarına üstünlük verilib.
