21 yanvar 2012 02:22
Qəbələ Türkiyə klubunu yenə darmadağın etdi
Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən “Qəbələ”nin 17 yaşa qədər futbolçulardan ibarət komandası ikinci yoxlama oyununda gücünü sınayıb. Azerisport.az xəbər verir ki, Antalyada keçirdiyi ilk matçda “Antalya Kunduspor”un 16 yaşlılardan ibarət komandası ilə qarşılaşan “Qəbələ” bu dəfə eyni klubun 18 yaşlı futbolçuları ilə üz-üzə gəlib.
Matçın start fitindən öncə 20 Yanvar Şəhidləri bir dəqiqəlik sükütla yad olunub. “Qəbələ” matça qara sarğı ilə çıxıb.
İlk oyunda 7:0 hesabilə məğlub olan “Antalya Kunduspor” bu dəfə də darmadağından qaça bilməyib. Coşqun Süleymanov (2), Məhəmməd Hüseynov və Fərid Hacıyevin qolları təmsilçimizə 4:0-lıq qələbə qazandırıb.
Yanvarın 24-nə kimi Antalyada hazırlıqlarını davam etdirəcək U-17 yanvarın 23-də son yoxlama matçında Rusiyanın 16 yaşa qədər futbolçulardan ibarət millisi ilə qarşılaşacaq. Bundan sonra komanda təlim-məşq toplanışını yekunlaşdıraraq “Qəbələ”yə dönəcək.
