24 yanvar 2012 01:35
Fransa kubokunda 1/16 final mərhələsinə yekun vuruldu (YENİLƏNİB)
Futbol üzrə Fransa kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bir oyundan ibarət bu mərhələnin ilk oyun günündə bir qarşılaşma baş tutub.
Səfərdə aşağı divizion təmsilçisi “Sable-sur-Sarthe” klubu ilə qarşılaşan PSG rəqibinə heç bir şans yeri qoymayıb. Belə ki, 4 cavabsız qol vuran paytaxt klubu 1/8 finala adlayan ilk komanda olub.
İkinci oyun günündə aşağı liqa klubu "Bourg-Peronnas" elita təmsilçisi "Ajaccio" üzərində qələbə qazanmaqla sensasiyaya imza atıb. Daha bir belə şoku "Auxerre" yaşayıb. Özü də bu komanda "Chateauroux"a evdə uduzub. Günün digər oyunlarında isə "Drancy", "Lille", "Dijon", "Bordeaux", "Orleans", "Quevilly", "Evian" və "Rennes" növbəti mərhələyə adlamağın sevincini yaşayıb.
Bazar günü "GFCO Ajaccio", "Olympique" (Lion), "Valenciennes" və "Olympique" (Marsel) də növbəti mərhələyə adlamağın sevincini yaşayıb. Bu mərhələnin qapanış matçında isə səfərdə "Tours"la qarşılaşan "Montpellier" minimal hesablı qələbə sayəsində mərhələ keçib.
Bütün nəticələrlə ilə aşağıda tanış ola bilərsiz:
Fransa kuboku
1/16 final
20 yanvar
Sable-sur-Sarthe – PSG – 0:4
21 yanvar
Bourg-Peronnas - Ajaccio - 3:2
Limoges - Drancy - 0:2
Compiegne - Lille - 0:1
Dijon - Istres - 2:1
Creteil - Bordeaux - 2:2 (penaltilərlə - 1:2)
Niort - Orleans - 1:2
Auxerre - Chateauroux - 1:2
Quevilly - Angers - 1:0
Valence - Evian - 0:2
Nice - Rennes - 0:0 (penaltilərlə - 4:5)
22 yanvar
GFCO Ajaccio - Troyes - 1:0
Lucon – Olympique (Lion) - 0:2
Valenciennes - Bastia - 3:1
Olympique (Marsel) - Le Havre - 3:1
23 yanvar
Tours - Montpellier - 0:1
