21 yanvar 2012 19:55
İnter albanlarla sülh bağladı (YENİLƏNİB)
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün qardaş ölkədə ikinci sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Kaxaber Tsxadadzenin yetirmələri bu dəfə Albaniyanın “Skenderbeu” komandasıyla qarşılaşıb.
Qeyd edək ki, “bankirlər” əslində öncədən Albaniyanın “Biliş Bolş” klubuyla üz-üzə gəlməliydilər. Lakin son anda nədənsə, rəqib dəyişdirilib. Bu rəqiblə qarşılaşmada isə tərəflər hesabı aça bilməyiblər.
Sonda onu da xatırladaq ki, paytaxt klubu Türkiyədəki ilk oyununda Almaniyanın ikinci Bundesliqa təmsilçisi "Karlsrue" komandasıyla qarşılaşmışdı. Həmin oyunda bakılılar 1:3 hesablı yenilgi ilə üzləşmişdilər.
Yoxlama oyunu
21 yanvar
İnter - Skenderbeu - 0:0 (0:0)
"İnter"in start heyəti: Səlahət Ağayev, Vladimir Levin, Peter Xrappan, Danildo Assioli, Petar Zlatinov, Arif Daşdəmirov, İlia Kandelaki, Samir Zərgərov, Asif Məmmədov, Asif Mirili, Baçana Tsxadadze.
