21 yanvar 2012 20:50
Neftçi qələbəni əldə verdi (YENİLƏNİB)
Antalyada təlim-məşq toplanışında olan "Neftçi" hazırlıq prosesinin ilk mərhələsində bu gün ikinci yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, son Azərbaycan çempionunun bu dəfəki rəqibi Qazaxıstanın "Aktobe" klubuydu.
“Ağ-qaralar”ın qazaxlarla dueli Bakı vaxtı ilə saat 19:00-da "Mardan" stadionunun ehtiyat meydançasında başlayıb. Görüşdə hesabı komandamız açıb. Lakin matçın sonlarında qazaxlar bərabərlik qoluna imza atmağı bacarıblar. Beləcə, tərəflər meydandan sülhlə ayrılıblar.
Qeyd edək ki, “Neftçi” Türkiyədəki ilk oyununu Almaniyanın "Dinamo" (Drezden) klubuna qarşı keçirmişdi. Həmin oyunda rəqib daha güclü olmuşdu – 0:1.
Yoxlama oyunu
21 yanvar
Neftçi – Aktobe - 1:1 (1:0)
Qol: R.Abdullayev, 26 (1:0)
"Neftçi": Rauf Mehdiyev, Rail Məlikov, Elvin Yunuszadə, İqor Mitreski, Ruslan Əmircanov, Denis Silva, Mirhüseyn Seyidov, Slavço Georgiyevski, Rəşad Abdullayev, Flavinyo, Fərid Quliyev.
"Aktobe": Sidelnikov, Smakov, Klimyavicyus, Laqvinenko, Kasti, Yevstiqneyev, Maletin, Vukoylovic, Conson, Xayrulin, Miller.
Matç başladı
5. İlk dəqiqələrdən "Neftçi" topa daha çox nəzarət edir
7. Flavinyonun zərbəsindən sonra top qapı dirəyinin yanından keçir
9. Denis Silvanın başla zərbəsi təhlükəli alınır
18. Rəşad Abdullayevin zərbəsindən sonra rəqib qapıçı komandasını real qoldan xilas edir
23. Bu dəfə Fərid Quliyevin başla zərbəsindən sonra rəqib müdafiəçi topu boş qapıdan çıxarır
26. Qapıçı ilə təkbətək çıxan Rəşad Abdullayev Sidelnikovu da aldatdıqdan sonra topu boş qapıya göndərir - 1:0
32. Rəqibin nadir hücumlarından biri zamanı flaqmanın müdafiəçiləri təhlükəni sovuşdurur
Matçın ilk hissəsi başa çatır
Matçın ilk hissəsi başa çatır
İkinci hissə başladı
"Neftçi"nin heyətində dəyişiklik edildi. Oyuna Saşa Stamenkoviç və gənc Kənan Manaflı daxil oldu
55. İkinci hissədə ilk təhlükə qazaxlardan gəldi. Amma bu epizodda Saşa Stamenkoviç sayıq oynadı
57. Oyuna Cavid İmamverdiyev və Bahodir Nasimov daxil olur
60. Rəşad Abdullayev dubl edə bilərdi.Məhz onun zərbəsindən sonra top qapı tirinin azacıq üstündən keçdi
68. Oyuna daha bir gənc futbolçu Emin Mehdiyev daxil olur
73. "Aktobe" klubu hesabı bərabərləşdirir.1-1
80. Cavid Hüseynov oyuna daxil olur
82-ci dəq. Cavid İmamverdiyevin zərbəsini rəqib qapıçı dəf edir
84. Bahodir Nasimov qol vurmağa yaxın oldu. Amma bu dəfə də rəqib qapıçı komandasını xilas etdi
Matç başa çatdı