21 yanvar 2012 21:55

XL Türkmənistan yığmasını məğlub etdi (YENİLƏNİB)

Türkiyənin Antalya şəhərinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün qardaş ölkədə ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Cüneyt Biçərin yetirmələri qüvvəsini qeyri-adi rəqiblə görüşdə sınayıb.
 
Belə ki, cənub təmsilçisinin rəqibi heç də klub yox, yığma komandaydı. “Xəzər Lənkəran” ilk yoxlama görüşündə Türkmənistan yığması ilə üz-üzə gəlib.
 
Qarşılaşmada hesabı məhz cənublular açıb. Az sonra təmsilçimiz daha bir qol vurub. Görüşün sonunda türkmənlər fərqi azaltsalar da, bundan artığına gücləri çatmayıb. Beləcə, "ağ-yaşıllar" yeni ilə qələbəylə start veriblər.
 
Yoxlama oyunu
21 yanvar
 
Xəzər Lənkəran – Türkmənistan - 3:1 (2:0)
 
"Xəzər Lənkəran"ın start heyəti: Kamran Ağayev, Elnur Allahverdiyev, Elvin Beqiri, Eder Bonfim, Adrian Pit, Andrey Mureşan, Rahid Əmirquliyev, Elnur Abdullayev, Kristian Doman, Antonio Semedo, Branimir Subaşiç.
 
Matç başladı
Subaşiçə qarşı qayda pozuntusuna görə rəqib qapısına penalti təyin olunur
6. Mureşan 11 metrlik zərbəni dəqiq yerinə yetirir - 1:0
26-. Doman gözəl qola imza atır - 2:0.
XL oyuna nəzarəti əldə saxlayır
80. XL qapısında qol görür
88. Baxışda olan Elman Taqayev daha bir qol vurur - 3:1
Qeyd edək ki, Taqayev türkməndi və öz həmyerlilərini məyus edir

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.