21 yanvar 2012 15:53
“Vacib olan gözəl və məzmunlu oyun nümayiş etdirməkdi”
"Neftçi"nin futbolçusu Denis Silva Türkiyədəki təlim-məşq toplanışı ilə bağlı fikirlərini klubun rəsmi saytına bölüşüb. Azerisport.az xəbər verir ki, braziliyalı mmüdafiəçi bunları dilə gətirib:
“Məşqlərimizi davam etdiririk. Bu gün ikinci yoxlama matçını keçirəcəyik. Fiziki hazırlıq səviyyəmiz belə oyunlarda bilinir. Nəticə o qədər önəmli deyil. Vacib olan gözəl və məzmunlu oyun nümayiş etdirməkdi".
