21 yanvar 2012 16:32
Alessandro yaxın günlərdə məşqlərə başlayacaq
Antalya hazırlıqlarını davam etdirən "Neftçi" PFK-nın futbolçusu Alessandro Viana da Silva klubun rəsmi saytına fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, braziliyalı müdafiəçi bunları dilə gətirib:
"Hazırda zədəli olduğum üçün məşqlərə ara verməyə məcburam. Amma yaxın günlərdə bərpa müddətini başa vurub, yenidən hazırlıqlara qoşulacam. Çünki təlimlərin bu dövrü çox əhəmiyyətlidi".
