21 yanvar 2012 18:17
İnter rəqibini dəyişdi
Xəbər verdiyimiz kimi, Türkiyədə təlim-məşq toplanışı keçən “İnter” bu gün növbəti yoxlama görüşünə çıxır. Azerisport.az xəbər verir ki, "İnter" Albaniyanın "Bilis Bolş" klubuyla qarşılaşmalı olsa da, son anda müəyyən səbəblərə görə rəqibi dəyişməli olub.
Beləliklə, “bankirlər” bu gün Albaniyanın digər təmşilçisi "Skenderbeu" klubuyla qarşılaşacaq. Qeyd edək ki, "İnter" - "Skenderbeu" matşı yerli vaxtla saat 16:00-da başlayacaq.
