21 yanvar 2012 21:52
İnter Rəvanla sülh bağladı
“Şəfa” stadionunda təlim-məşq toplanışını davam etdirən “İnter”in əvəzedici komandası bu gün növbəti yoxlama görüşünü keçirib. Azerisport.az xəbər verir ki, bank klubu “Rəvan”ın əvəzedici heyətilə qarşılaşıb.
Tofiq Mustafayevin yetirmələri görüşü qollu heç-heçəylə başa vurublar – 2:2. “İnter”in heyətində Nurxan Məsimzadə və Ramil Mansurov fərqlənib.
