21 yanvar 2012 11:47

Uğur Pamuk: Bu komanda ilə uğur qazanmaq istəyirəm

“Sumqayıt”ın yeni transferi Uğur Pamuk azerisport.az saytına müsahibəsində yeni komandasından, eləcə də toplanışdan danışıb.
 
- “Sumqayıt”dakı ilk oyununuzdaca gözəl qola imza atdınız. Belə startı gözləyirdiz?
- Mən yaxşı oyun gözləyirdim. Məşq edirdim və hesab edirdim ki, oyun zamanı var gücümlü mübarizə aparmalıyam. Oyundan öncə baş məçqçi Bernard Raab bildirdi ki, komandanı iki hissəyə bölüb və mən ikinci yarıda meydana çıxan heyətdə olacağam. Meydana çıxdım və çalışdım ki, komandama fayda verim. Fikrimcə, alındı.
 
- Qol ötürməsi və qol. Artıq komandaya uyğunlaşdığını demək olar?
- Düşünürəm ki, hə. Ramil Həşimzadəyə məshuldar ötürmə verməyimə gəlincə, həmin epizodda Ruslan Tağızadə də əla oynadı. Altı dəqiqə sonra isə mənə də “Sumqayıt”da ilk qolumu vurmaq nəsib oldu.
 
- Deyilənə görə, 40 metrdən gözəl qol vurmusuz...
- Etiraf edim ki, mən hələ qolu görməmişəm. Amma videoya baxdıqdan sonra nəsə demək olar. Yeri gəlmişkən, ilk dəfədi ki, belə uzaq məsafədən qol vururam.

- Raab oyundan sonra nə dedi?
- Mənim oyunumu qeyd etdi. Mənim üçün hücumçuların arxasında oynamaq, son ötürməni etmək çox rahatdı.
 
- Matçın ikinci hissəsində meydana çıxmaq sizin üçün hansısa önəm daşıyır?
- Düşünürəm ki, yox. Ona görə ki, Raab bütün oyunçuları sınamaq istədiyi üçün, heyəti bölmüşdü. Mən də ikinci hissədə meydana çıxmalıydım.

 
- Bu gün sizi daha çətin rəqib gözləyir – “Paderborn”. İkinci Bundesliqa klubu ilə oyundan nə gözləyirsiz?
- Çox güclü rəqibdi. Birinci Bundesliqaya çıxmaq uğrunda mübarizə aparan komandadı. “Paderborn” “İnter”in qarşılaşdığı “Karlsrue”dən də, “Bakı”nın üzləşdiyi “İngolstadt”dan da güclüdü.
 
- “İnter”lə “Bakı” kimi sizin də uduzmaq qorxunuz yoxdu ki?
- “Paderborn” sürətli futbol oynayır, amma texnikada biz üstünük. Raab güclü mütəxəssisdi, mən ona inanıram. O, uşaqları bu oyuna kökləmək üçün əlindən gələni edir. Bu, futboldu, kim güclüdürsə, o da qalib gəlir. Bizə sadəcə öz oyunumuzu sərgiləmək lazımdı.
 
- “Sumqayıt” “Qarabağ”la eyni oteldə qalır. Bu komandada tanışlarınız var?
- Rəşad Sadıqovla, Vüqar Nadirovla, Vaqif Cavadovla tanışlığımız var. Onları yığmanın toplanışından tanıyıram. Sadıqovla daha yaxşı münasibətim var.
 
- Gələcəkdə “Qarabağ”a keçmək fikriniz yoxdu?
- Hazırda “Sumqayıt”ın oyunçusuyam. Bu komandayla uğur qazanmağı çox istəyirəm. Qarşıdakı yarım ildə bizi çox çətin oyunlar gözləyir. Amma əsas oyunlarımız növbəti mövsüm olacaq.
 
- “Sumqayıt”da daha çox kimlə yaxınsız?
- Murad Səttarlı ilə. Onunla bir nömrədə qalırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.