21 yanvar 2012 12:26
Fariz Yusifov: Biz o oyunu qonorarla idarə etmirdik
Azərbaycanlı FİFA hakimi Fariz Yusifovun Türkiyə toplanışı çərçivəsində idarə etdiyi Rusiyanın “Krılya Sovetov” klubu ilə İsveçrə “Tyun”u arasındakı qarşılaşmada qalmaqal yarandığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, hakimimiz bu məsələ ilə bağlı açıqlamasında qərarını şərh edib:
“Oyundan öncə biz klubların rəsmiləri ilə matçın formatını müzakirə etmişdik. İstənilən qədər əvəzetmə qərarı klublar tərəfindən müsbət qarşılanmışdı. Amma təkrar əvəzetmə ilə bağlı heç bir müzakirə aparılmamışdı. Biz bu oyunu qonorarla idarə etmirdik. Sadəcə, azərbaycanlı hakimlər hamısı hazırda AFFA-nın xətti ilə Antalyada təlim-məşq toplanışındadılar. Biz belə test xarakterli oyunlar idarə etməklə qiymət alırıq. UEFA-nın qaydalarına görə, təkrar əvəzetmə kimi hallar oyundan öncə komandalar tərəfindən razılaşdırılmalıdı. Əks halda bu, mümkünsüzdü”.