21 yanvar 2012 18:39
Sumqayıt almanlara 4 cavabsız qolla məğlub oldu (YENİLƏNİB)
Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” Futbol Klubu bu gün qardaç ölkədə ikinci yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Bernard Raabın komandasının rəqibi Almaniyanın birinci Bundesliqa təmsilçisi “Paderborn” komandasıydı.
Bakı vaxtı ilə saat 17:00-da başlayan görüş “Arcadia Limak” otelinin stadionunda keçirilib. Lakin görüş təmsilçimiz üçün ağır yenilgi ilə nəticələnib. Belə ki, 75-ci dəqiqədən sonra qapısında 4 qol görən Sumqayıt klubu darmadağınla məğlub olub.
Qeyd edək ki, sumqayıtlılar Antalyadakı ilk matçını Qazaxıstan Premyer Liqasının 2-ci pilləsində qərarlaşan “Jetusi” klubuna qarşı keçirmişdilər. Həmin görüş təmsilçimizin 2:0 hesablı qələbəsi ilə bitmişdi.
Sonda onu da bildirək ki, “Sumqayıt” üçüncü oyununu yanvarın 24-də Rusiya 1-ci liqa təmsilçisi “Fakel”ə qarşı keçirəcək.
Yoxlama oyunu
21 yanvar
Sumqayıt - Paderborn - 0:4 (0:0)
"Sumqayıt"ın start heyəti: Andrey Popoviç, Timur İsrafilov, Bədavi Hüseynov, Slavik Alxasov, Tərlan Quliyev, Abdulla Abatsiyev, Samir Abasov, Murad Səttarlı, Eşqin Quliyev, Uğur Pamuk, Kamil Nurəhmədov.
75. Almanlar matçda hesabı açırlar - 0:1
78. "Sumqayıt" ikinci dəfə oyuna mərkəzdən başlamalı olur - 0:2
82. Almanlar hesabı darmadağın həddinə çatdırırlar - 0:3
90. Bernard Raabın yetirmələri 4-cü qola üzülürlər
