22 yanvar 2012 13:06
Vobay: Onların Neftçi və Bakı rəsmiləri olmasına əmin deyiləm
“Xəzər Lənkəran”la yeni müqavilə bağlaya bilməyən, özünə yeni klub axtaran Julius Vobay bildirib ki, ona Türkiyədən də təkliflər var. Azerisport.az saytına müsahibəsində legioner futbolçu bunları dilə gətirib:
“Hazırda menecerim danışıqlar aparır. Hələ müqavilə imzalamadan ad açıqlamaq istəmirəm. Karyeramı Azərbaycanda davam etdirmək varıantina gəlincə, mən rəsmi olaraq yalnız “Xəzər Lənkəran”la danışıqlar aparıram. Düzdü, digər klublardan da maraq var. Amma onların heç biri rəsmi təklif irəli sürməyib. Həmin insanlar mənim “Neftçi” və “Bakı”ya keçidimi təklif edirdilər. Lakin həmin şəxslərin sözügedən klubların rəsmiləri olmasına tam əmin deyiləm”.