22 yanvar 2012 13:14
Sumqayıt son 15 dəqiqədə dağıldı (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt” növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamız 2-ci Bundesliqada mübarizə aparan “Paderborn” klubuna 0:4 hesabı ilə məğlub olub.
Xatırladaq ki, Bernhard Raabın komandası Antalyada ilk yoxlama oyununu Qazaxıstanın “Jetisu” klubuna qarşı keçirmiş və 2:0 hesabı ilə qalib gəlmişdi. Komanda yanvarın 24-də Rusiyanın 1-ci liqa təmsilçisi “Fakel”i sınağa çəkəcək.
Sumqayıt – Paderborn 0:4
Qollar: Mehmet Kara, 75; 78. Enis Aluşi, 82; 87.
“Sumqayıt” meydana bu heyətlə çıxıb: Andriy Popoviç, Timur İsrafilov, Bədavi Hüseynov, Slavik Alxasov, Tərlan Quliyev, Abdulla Abatsiyev, Samir Abasov, Murad Səttarlı, Eşqin Quliyev, Uğur Pamuk, Kamil Nurəhmədov.
Meydana sonradan daxil olanlar: İlyas Quliyev, Orxan Əliyev, Ruslan Qurbanov, Ruslan Nəsirli, Ramil Həşizadə, Yasin Abbasov.
(klub saytı)
