22 yanvar 2012 00:48
Cüneyt Biçər: Mənə öz sxemimə uyğun gələn futbolçular lazımdı
“Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçər azerisport.az saytına müsahibəsində komandasının hazırlığını dəyərləndirib.
- Türkmənistan yığması üzərindəki qələbə (3:1) ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Oyuna kimi biz təxminən 11 məşqə çıxmışdıq. Xüsusi istirahətimiz də olmamışdı. Yaxşı temp yığmışdıq və bunu görüşün ilk dəqiqələrindən nümayiş etdirə bildik. Etiraf edim ki, belə məşqlərdən sonra meydanda oyun sərgiləmək heç də asan olmur. Amma ilk 25-30 dəqiqədə mən meydanda istədiyimi görə bildim. Komandadan 60-70 faiz razı qaldım. Rəqib komanda öz oyununu sərgiləməyə başlayanda, artıq bizim üçün çox çətin olmağa başladı. İkinci hissədə yeddi əvəzləmə etdim, bu da oyunun tempinə az təsir göstərmədi.
- Yeni ildəki ilk oyunda qələbə sizin üçün nə dərəcədə vacibdi?
- Mənim üçün komandamın mövsümə hazır olması daha vacibdi.
- Son dövrlər toplanışınıza qoşulmayan Mureşan və Vobay haqda çox danışılmaqdadı..
- Hər ikisinin viza ilə bağlı problemləri var idi. Amma Mureşan artıq problemini həll edib, düşərgəmizə qoşulub. O, bu gün meydana çıxıb, qol da vurdu. Vobay isə hələ də komandaya qoşulmayıb.
- Bəlkə Vobay XL-dan getmək istəyir. Axı onun başqa klublarımıza keçidi də gündəmdədi...
- O, öncə toplanışa gecikdiyinə görə cəzalanacaq. Amma biz onu komandamızda oynamağa məcbur edə bilmərik. Əgər Vobay getmək istəsə, danışmaq lazımdı. Bu, onun tərəfindən qeyri-etik bir hərəkətdi.
- Vobay azerisport.az saytına müsahibəsində bildirib ki, az pula oynamaq istəmir...
- Onun hansı şərtlərlə oynadığını bilmirəm. Amma o, gəlməli və kluba, oyundaşlarına hörmətini göstərməliydi. Vobay komanda qarşısında cavab verməlidi.
- Malidən üç futbolçu transfer etmisiz, amma onlar bizim üçün ölkə üçün o qədər tanış deyillər...
- Mən ürəyimcə olan futbolçuları seçmişəm. Ola bilsin ki, Mali kimlər üçünsə ekzotik ölkədi. Amma yada salmaq lazımdı ki, “Barcelona”da Seydu Keyta kimi futbolçuları oynayır. Mənim üçün əsas futbolçudu, onun hansı ölkədən olması yox.
- Söhbət gəzir ki, onlara Azərbaycanda viza verilməyə də bilər...
- Belə olacağını düşünmürəm. Müasir dövrdə belə problemləri asanlıqla həll etmək mümkündü. Onlar daha tez də gələ bilərdilər. Sadəcə, hansısa milli bayramları ilə əlaqədar gecikirlər.
- Çempionatda özünüzə əsas rəqib kimi hansı komandaları görürsüz?
- Qarşıda dörd oyun var. Məhz bu oyunlardan sonra ilk altılıq tam formalaşacaq. Əsas rəqiblərimizin kimliyi haqda yalnız final mərhələsində kimlərin oynayacağı tam dəqiqləşəndən sonra danışa bilərəm. Bütün həmkarlarıma hörmət edirəm, amma mənim öz stilim var, aqressiv deyiləm. Bilirəm ki, sözlü mübahisələrlə yadda qalmağı xoşlayan məşqçilər də var. Amma mən belə şeylərdən uzağam. Münaqişə tərəfdarı deyiləm.
- Klubun fəxri prezidenti Mübariz Mənsimov Türkiyədə yaşayan inşandı. Siz özünüz də Türkiyədənsiz. Nə əcəb komandanıza həmyerlilərinizdən gətirmək istədiyiniz yoxdu?
- Götürmək istədiyim bəzi futbolçular var idi. Amma adlarını açıqlamayacağam. Onlar Türkiyənin birinci liqasında çıxış edirlər. Sadəcə, orda mövsümün ortasıdı, hamısının klublarıyla müqavilələri var.
- Yığmamızın üzvlərindən almaq istədiyiniz yoxdu?
- Yığmada məni maraqlandıran futbolçular var. Amma onların da klubları ilə müqavilələri movcuddu. Həm də mənə öz sxemimə uyğun gələn futbolçular lazımdı.
- Yığmada məni maraqlandıran futbolçular var. Amma onların da klubları ilə müqavilələri movcuddu. Həm də mənə öz sxemimə uyğun gələn futbolçular lazımdı.
- Məşqçi sistemi futbolçu üçündü, yoxsa futbolçu məşqçi sistemi üçün?
- Mən ikinci variantın tərəfdarıyam. Futbolçuları öz sxemimə uyğun alıram. Əks halda onlar işlək olmurlar.
- Bəs Messi sizin sistemə uyğundu?
- Messi uyğundu və “Xəzər Lənkəran”a kömək edərdi.
- Messi uyğundu və “Xəzər Lənkəran”a kömək edərdi.
