22 yanvar 2012 00:53
Millimizin forvardı Superliqada daha bir qol vurdu (VİDEO)
Xəbər verdiyimiz kimi, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Cihan Özkara Türkiyə Super Liqasında növbəti qoluna imza atıb. Azerisport.az xəbər verir ki, onun çıxış etdiyi “Sivasspor” bu turda “Bursaspor”un qonağı olub. Cihan Özkara ehtiyatda qalıb və 81-ci dəqiqədə Mixael Eneramonun yerinə meydana daxil olub. 88-ci dəqiqədə hakim “Bursaspor”un qapısına penalti təyin edib və topa yaxınlaşan Cihan Özkara “Sivasspor”a qələbə qazandırıb. Xatırladaq ki, Cihan ötən turda da qol vurmuşdu.
