22 yanvar 2012 01:07
Qəbələ Türkiyədə tam heyətlə hazırlaşa bilmir
Antalyanın Belek bölgəsində hazırlıqlarını davam etdirən “Qəbələ” ötən gün iki məşqlə təlim-məşq toplanışının ikinci gününü yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, komanda günün ilk yarısında əsasən uzaqdan qapıya zərbələr üzərində çalışıb. Günə toplu çalışmalar və ikitərəfli oyunla yekun vurulub.
Məşqlərdə Abdulkader Kamara və Rövşən Əmiraslanov zədələri tam bərpa olunmadığı üçün komandadan ayrı çalışıblar.
Bu gün isə “Qəbələ” Antalyada ilk yoxlama oyununda gücünü sınayacaq. Qazaxıstan “Atırau”suna qarşı keçiriləcək matç Bakı vaxtı ilə 19:00-da baş tutacaq. Matçda Abdulkader Kamara və Rövşən Əmiraslanovdan başqa bütün futbolçuların forma geyinməsi gözlənilir.
