22 yanvar 2012 01:12

Fatih Kavlak: Bu, bizə çatışmazlıqları görməyə imkan verəcək

“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Türkiyədəki hazırlıq prosesi çərçivəsində geridə qalan iki günün istədikləri kimi keçdiyini bildirib. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
 
“Hazırlıq prosesi istədiyimiz səviyyədə, tempdə gedir. Məşqlərimiz maraqlı keçir. Futbolçuların fiziki gücü günbəgün artır. Psixoloji durumları da yüksək səviyyədədi. Hamısı çox istəklidi. Sabahdan (bu gündən) yoxlama oyunlarına start veririk. İlk rəqibimiz “Qazaxıstanın “Atırau” komandası olacaq. Rəqibimizi elə də yaxşı tanımıram. Sadəcə bilirəm ki, komanda Qazaxıstanın yüksək liqasında çıxış edir. Bu oyunda iki gündə necə hazırlaşdığımızı gözdən keçirəcəyik”.
 
Kavlak rəqiblərinin gücünə görə komandanın çatışmazlıqlarını müəyyənləşdirəcəklərini söyləyib: “Rəqib kimi hazırlıq prosesinin sonuna doğru daha güclü rəqiblərlə qarşılaşacağıq. Bu bizə komandanın hazırlıq prosesini necə dəyərləndirdiyini və çatışmazlıqları görməyə imkan verəcək”.
 
Baş məşqçi əvəzedici komandanın heyətindən əsas komandanın hazırlıq prosesinə cəlb olunan Ürfan Abbasov və heyətdəki digər gənc futbolçuların hazırkı durumundan razı olduğunu da sözlərinə əlavə etdi: “Qəbələdə keçirdiyimiz təlim-məşq toplanışından sonra Ürfan Abbasovu da Antalyaya gətirməyə qərar verdik. Hazırda Ürfan çalışqanlığı ilə bizim doğru qərar qəbul etdiyimizi sübüt edir. Digər gənc futbolçuların da fiziki durumu və futbolçu bacarıqları müsbət istiqamətdə inkişafdadır”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.