22 yanvar 2012 01:25
Türkiyəli ünlü həkim Rəşad Sadıqovu müayinə etdi (FOTO)
Ötən gün “Qarabağ”ın özəl qonağı vardı. Azerisport.az xəbər verir ki, bütün sahələrdə olduğu kimi tibb sahəsində də tərəqqi və inkişafa xüsusi diqqət yetirən Ağdam klubu artıq bir neçə ildi ki, Türkiyənin məşhur fizioterapevti Murat Şahinoğluyla əməkdaşlıq edir.
“Qarabağ”ın düşərgəsinə gələn Murat bəy Rəşad Sadıqovu müayinə edib, ona xüsusi proqram təqdim edib. Eyni zamanda dizində müyyən problemi olan Qara Qarayev və başqa futbolçuların durumuyla maraqlanıb.
Ünlü həkim fikirlərini də açıqlayıb: “Qarabağ”ı həqiqətən çox sevirəm. Super insanların olduğu, möhtəşəm komandadı. Artıq 2 ildi ki, komandanın futbolçularını müayinə edirəm. Klub çalışanları olduqca mehriban və səmimi insanlardı. “Qarabağ” mənim üçün çox doğmalaşıb. Düzdü, uşaqların durumunu yoxladım. Amma dostlarımı ziyarət etdiyimə görə daha çox məmnun oldum”.
