22 yanvar 2012 14:05
Cüneyt Biçər: “Get” deyilənə qədər XL-da qalacam
“Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçər komandasının avrokuboklarda uğurlu çıxış edə bilməməsi və özünün klubdakı gələcəyi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Azərbaycan klubları üçün avrokubokların qrup mərhələsinə düşmək çox çətindi. Çünki hər mərhələ adladıqca, daha güclü komandalarla qarşılaşmalı olursan. Bunun üçün yerli çempionatda güclü komandaların, yaxşı oyunların sayı artmalıdı. Həmçinin legioner seçimlərində də diqqətli olmaq lazımdı. Bura gələn legionerlər yerlilərdən ən azı bir baş üstün olmalıdı. Rauf Əliyev, Rəşad Sadıqov, Əfran İsmayılov “Qarabağ”ın ən güclü oyunçularındadılar. İstənilən əcnəbi futbolçu çalışmalıdı ki, yerlilərdən üstün olduğunu sübut etsin. Mənim “Xəzər Lənkəran”dakı gələcək taleyimə gəlincə, “get” deyilənə qədər işləyəcəm”.