22 yanvar 2012 20:50
Qəbələ Atırau ilə oyundan məğlub ayrıldı (YENİLƏNİB)
Antalyanın Belek bölgəsində hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün Türkiyədə ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Fatih Kavlak yetirmələrini Qazaxıstanın “Atırau” klubu ilə oyunda sınayıb.
Matç Bakı vaxtı ilə 19:00-da başlayıb. Abdulkader Kamara və Rövşən Əmiraslanovdan başqa bütün futbolçuların forma geyindiyi görüşdə komandamız uğur qazana bilməyib. Belə ki, hesabı açmasına rəğmən, qalan dəqiqələrdə bu üstünlüyünü əldən verən "Qəbələ" ilk sınaq matçından məğlub ayrılıb.
Yoxlama oyunu
21 yanvar
Qəbələ - Atırau - 1:2 (1:2)
Qollar: Viktor Mendi, 11 - Vladimir Boaç, 17, Valentin Çuriyev, 24.
“Qəbələ” matça aşağıdakı start heyətlə çıxıb: Pavel Doroşev, Ürfan Abbasov, Nodar Məmmədov, Sergey Sokolov, Lyubo Baranin, Tərzin Cahangirov, Bruno da Silva, Nuran Qurbanov, Viktor Mendi, Deon Barton, Yannik Kamanan.
