22 yanvar 2012 14:42
Millimizin forvardı əla qiymət aldı
Türkiyə Superliqasının sonuncu turu çərçivəsində "Sivasspor"un heyətində növbəti matçına çıxan futbol üzrə gənclərdən ibarət Azərbaycan millisinin forvardı Cihan Özkaranın oyunu qiymətləndirilib. Azerisport.az xəbər verir ki, "Bursaspor"la oyunda 9 dəqiqə meydanda olan millimizin üzvünün çıxışı 5 balla layiq görülüb.
Türkiyə mətbuatı digər futbolçularla müqayisədə meydanda az olmasına baxmayaraq, Cihana heç də aşağı bal verməyib. Bu da onun matçda komandasına qələbə qazandıran qola imza atması ilə əlaqədardı.
Qeyd edək ki, "Bursaspor" - "Sivasspor" oyunu 1:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Millimizin forvardı 88-ci dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirməklə diqqət mərkəzinə düşüb.
Sivasspor: Atilla - 4, Kadir - 5 (Murat Akça, 75) - 5, Kamil Qrosicki - 5, Erman - 4 (Rikardo Pedriel, 58) - 4, Eneramo - 6 (Cihan Özkara, 81) - 5, Milan Çerni - 5, Yakub Navratil - 5, Kağan Konuk - 5, Yan Raynox - 5, Kıvanç Karataş - 5, Uğur Kavuk – 5.
