22 yanvar 2012 15:28

“Hər kəs Azərbaycan çempionatında qala bilmir”

“Qəbələ”nin müdafiəçisi Vurğun Hüseynov azerisport.az saytına müsahibəsində zədəsindən, komandasının hazırlığından danışıb.
 
- Klublarımızın çoxu heyətlərini gücləndirməklə məşğul olsa da, “Qəbələ” bu qış transfer pəncərəsində çox da fəal deyil...
- Futbolçular klubun transfer fəaliyyəti barədə danışmamalıdı. Klubumuzun öz məşqçi korpusu var, onlar hansısa mövqeni gücləndirmək istəyirlərsə, o zaman oyunçu alınır. Mümkündü ki, “Qəbələ”yə xüsusi güclənməyə ehtiyac da yoxdu. Bizim onsuz da gözəl heyətimiz var. İndi sadəcə xətlər arasında əlaqəni gücləndirmək lazımdı. Hələlik yalnız fransız hücumçu Yannik Kamananla müqavilə bağlamışıq.
 
- O, yenicə yollarınızı ayırdığınız Serje Cehuadan nə dərəcədə güclüdü?
- Mən hələ yeni futbolçumuzu o qədər də yaxşı tanımıram. Amma onun barədə çoxlu yaxşı sözlər eşitmişəm. Əgər deyilənlərə inansaq, o, təcrübəli futbolçudu, komandasına çətin matçlarda kömək edə biləcək gücdədi. Məncə indi onun üçün əsas problem uyğunlaşma ilə bağlıdı. Hərdən Azərbaycana çox yaxşı futbolçular gəlsə də, özlərini burda göstərə bilmirlər. Azərbaycan çempionatında fərqli futbol oynanılır. Hər kəs burda qala bilmir.

- Rəqiblərinizin hazırlığını izləyirsiz?
- Hərdən digər klubların da toplanışlarından xəbərlər alırıq. Bu yaxınlarda “Bakı” Hollandiya “AZ Alkmaar”ına 1:5 uduzdu. Bu, təəccüblü deyil. Çünki Hollandiya futbolunun səviyyəsi bizimkiylə müqayisədə çox yüksəkdi. Buna görə də “Bakı”nın onlara nəsə edəcəyinə az adam inanırdı. Həm də ola bilsin ki, optimal heyətlə oynamayıblar.
 
- Sizcə, “Qəbələ”nin ilk altılığda yer almaq şansları nə dərəcədə yüksəkdi?
- Bizim bu baxımdan yaxşı şansımız var. Əgər AZAL, “Rəvan” və “Qəbələ”nin üçünün şanslarını müqayisə etsək, elə ən yaxşı vəziyyətdə olan bizim komandadı. İndi bizdən yalnız fevraldakı matçlarda uğur qazanmaq tələb olunur. Həmin oyunlarda hər xal bizim üçün qızıla bərabər olacaq. Amma mən əminəm ki, “Qəbələ” ilk altılıqda yer ala biləcək və buna şübhə etməyə bilərsiz.
 
- Bəs gələcək hədəfləriniz nədən ibarətdi?
- Təbii ki, altılığa düşməklə kifayətlənməyəcəyik. Biz avrokuboklara qatılmaq istəyirik. Amma bilirik ki, çox çətin olacaq. Əgər nəzərə alsaq ki, Avropaya getmək uğrunda “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” və “İnter” mübarizə aparır, onda bu yolda bizim işimiz heç də asan olmayacaq. Bütün bunlara rəğmən, “Qəbələ” hər bir Premyer Liqa klubunu yenə bilər. Bizdən üstdə yer alan komandalardan heç də zəif deyilik. Niyə də avrokuboklara qatılmamalıyıq?
 
- Qəbələdəki toplanışınızı zədə üzündən buraxdınız. Bu zədə millinin qarşıdakı Dubay toplanışında iştirakınıza mane olmayacaq ki?
- Hər şey həkimlərdən asılıdı. Əlbəttə, çox istəyirəm ki, millinin toplanışında iştirak edim. Amma həmin vaxta kimi formada olub-olmayacağımı bilmirəm. Necə deyərlər, ümid sonda ölür. Bu üzdən hər şeyin yaxşı olacağına inanıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.