22 yanvar 2012 18:09
Sumqayıtın Antalya hazırlığı davam edir (FOTOREPORTAJ)
“Sumqayıt” Futbol Klubu bu gün səhər Antalyada növbəti məşqini keçirib. Azerisport.az xəbər verir ki, komanda daha çox fiziki hazırlığın artırılması yönündə çalışmalara üstünlük verib.
Futbolçuların əzmkarlıqla çalışması məşqçilər heyətinin təqdiri ilə qarşılanır. Yeni transfer Yasin Abbasov da tam qüvvəsi ilə hazırlığını davam etdirir.
Bernard Raabın komandası sabah gün ərzində iki dəfə hazırlıq keçəcək. Komanda yanvarın 24-də isə Rusiya 1-ci divizionunda mübarizə aparan “Fakel”lə yoxlama oyunu keçirəcək.
