22 yanvar 2012 21:27
Fatih Kavlak: Nəticə bizim üçün o qədər də vacib deyildi
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak komandasının Qazaxıstan “Atırau”su ilə keçirdiyi yoxlama matçını şərh edib. Azerisport.az xəbər verir ki, türkiyəli mütəxəssis 1:2 hesabıyla məğlub olduqları görüşdən sonra bunları dilə gətirib:
“Oyuna yaxşı hazırlaşmışdıq. Oyun təcrübəsi baxımından müəyyən irəliləyişə nail olduq. Əslində bu oyunun nəticəsi bizim üçün o qədər də vacib deyildi. Amma buraxdığımız səhvlər üzərində işləmək lazımdı. Bu günkü görüşdə də belə səhvlərimiz az olmadı”.