22 yanvar 2012 11:37
“Xəzər Lənkəranı Qarabağa rəqib görmürəm”
“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli azerisport.az saytına müsahibəsində komandasının hazırlığından, Vaqif Cavadovun dönüşündən danışıb.
- Vaqif Cavadovun uzun fasilədən sonra komandaya dönməsini gözləyirdizmi?
- Mən onun qayıtmasına çox sevinirəm. Düşünürəm ki, Vaqif komandanın həm çempionatda, həm də ölkə kubokunda uğur qazanmasına kömək edəcək. Artıq hücum xəttimizdə də yaxşı rəqabət var.
- Mən onun qayıtmasına çox sevinirəm. Düşünürəm ki, Vaqif komandanın həm çempionatda, həm də ölkə kubokunda uğur qazanmasına kömək edəcək. Artıq hücum xəttimizdə də yaxşı rəqabət var.
- Amma eyni zamanda Roşa komandadan ayrıldı. Cavadov onu əvəz edə biləcək?
- Əlbəttə, Vaqifin dönüşü öz faydasını verəcək. Gəlin etiraf edək ki, Vaqif bu komandanı tanıyır, o, uzun müddət burda oynayıb. Odu ki, azacıq vaxt kifayət edəcək ki, o, yenidən əvvəlki günlərini xatırlatsın.
- “Qarabağ”a yenə güclənmək lazımdı?
- Komandamız yaxşı oynayır, avrokuboklarda əla nəticələr qazanır, hər mövsüm azı iki mərhələ adlayır. Belə götürdükdə hər şey yaxşıdı. Amma baş məşqçimiz daha yaxşı bilər, güclənmək lazımdı, yax yox.
- Komandamız yaxşı oynayır, avrokuboklarda əla nəticələr qazanır, hər mövsüm azı iki mərhələ adlayır. Belə götürdükdə hər şey yaxşıdı. Amma baş məşqçimiz daha yaxşı bilər, güclənmək lazımdı, yax yox.
- “Qarabağ”da sizinlə yanaşı Albaniya yığmasının daha bir üzvü çıxış edir – Admir Teli. Bəlkə, sıralaranızı genişləndirəsiz?
- Albaniya yığmasından kiminsə bura gəlməsini söyləmək çətindi. Amma məsələn biri var. O da İtaliya A Seriyasında çıxış edir (“Cesena”da çıxış edən Eryon Boqdanini nəzərdə tutur). Fikrimcə, gəlməz. Mümkündü ki, onu Rauf Əliyevlə dəyişək (gülür).
- Pis ideya deyil...
- Yox, yaxşısı budu Rauf bizdə qalsın. O, yaxşı futbolçudu və hələ vurduğu qollarla komandamıza çox kömək edəcək.
- Sizin fikrinizcə, Azərbaycan çempionatında ən yaxşı hücumçu kimdi?
- Rauf. Düzdü, indi ən yaxşı bombardir “Neftçi”dən Bahodir Nasimovdu. Amma o, mənim xoşuma gəlmir. “Qarabağ”ın qapısını da aça bilməz.
- Bəs Premyer Liqanın hansı legionerini komandanızda görmək istərdiniz?
- Şübhəsiz ki, “Bakı”nın forvardı Uinston Parksı. Yaxşı forvarddı. O, komandamıza çox böyük fayda verərdi.
- Qarşıda çempionatın 14 turu var. “Qarabağ”ın bu oyunlarda çempion olmaq şansı nə qədərdi?
- Şans var, təxminən əllinin əlliyə. Amma çox güclü oynamaq lazımdı ki, azarkeşlərimizi sevindirə bilək.
- Şans var, təxminən əllinin əlliyə. Amma çox güclü oynamaq lazımdı ki, azarkeşlərimizi sevindirə bilək.
- Bəs bu yolda özünüzə əsas rəqib kimləri hesab edirsiz?
- İlk növbədə “Neftçi”ni. “İnter” də var, onlar çox yaxşı oynayırlar.
- İlk növbədə “Neftçi”ni. “İnter” də var, onlar çox yaxşı oynayırlar.
- “Xəzər Lənkəran”ı təsadüfən unutdunuz?
- Xeyr, unutmadım. Sadəcə, bu komandanı “Qarabağ”a rəqib görmürəm.
