22 yanvar 2012 12:01
Subaşiç: Mureşan məndən xahiş etdi ki...
"Xəzər Lənkəran"ın hücumçusu Branimir Subaşiç Türkmənistan yığması ilə yoxlama oyunu haqda danışıb. Azerisport.az xəbər verir ki, Subaşiç həmin oyunda 11 metrlik cərimə zərbəsini yerinə yetirmək istəyinə də aydınlıq gətirib:
"Türkmənistan millisinin müdafiəçisi mənə qarşı kobud oynadı və baş hakim penalti nöqtəsini göstərdi. Qərara aldım ki, 11 metrlik cərimə zərbəsini özüm yerinə yetirim. Hətta həmin vaxt baş məşqçimiz Cüneyt Biçərə tərəf baxdım və gördüm ki, o da penaltini məhz mənim yerinə yetirməyimi istəyir. Ancaq Mureşan məndən xahiş etdi ki, bu zərbəni o yerinə yetirsin".
Qeyd edək ki, "Xəzər Lənkəran" Antalyada ilk sınaq matçında Türkmənistan millisini 3:1 hesabı ilə məğlub edib.
