22 yanvar 2012 12:13
Viktor Pasulko Xəzər Lənkəran rəhbərliyi ilə görüşdü
Ötən gün keçirilən “Xəzər Lənkəran”ın Türkmənistan yığması ilə yoxlama matçını izləyənlər arasında cənub təmsilçisinin sabiq baş məşqçisi Viktor Pasulkoya da rast gəlmək olardı. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssisin Antalyada hazırlıq keçən “ağ-yaşıllar”ın düşərgəsinə baş çəkməkdə məqsədi “Xəzər Lənkəran” rəhbərliyi ilə görüşmək idi.
Lakin o, bu görüşün hansı məqsəd daşıdığını açıqlamaq istəməyib: “Nədən danışacağımızı sizə demək istəməzdim”.
