22 yanvar 2012 00:08
Böyükağa Hacıyev: Matç ən azı 5-1 hesabı ilə nəticələnməli idi
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Türkiyə toplanışı çərçivəsində Qazaxıstanın "Aktobe" klubuna qarşı keçirdikləri oyun sonrası fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən görüşdən sonra bunları dilə gətirib:
"Matç başlayandan sona kimi oyuna diqtə etdik. Əgər əldə etdiyimiz qol imkanlarının yarısından yararlana bilsəydik, hesab 5-1 ola bilərdi. Ağır yükləmələrdən sonra futbolçuların meydandakı durumu məni qane etdi. Bu oyunda da gənc futbolçuları sınadım. Əgər 1995-ci il təvəllüdlü Kənan Manaflı kimi yeniyetmələrimiz "Dinamo" Drezden, "Aktobe" kimi rəqiblərlə oyunda çempionun heyətində özlərini göstərə bilirlərsə, deməli "Neftçi"nin sabahı möhkəm əllərdə olacaq".
