22 yanvar 2012 00:17
“Neftçinin bu dərəcədə güclü olduğunu gözləmirdim”
"Neftçi" - "Aktobe" yoldaşlıq oyunundan sonra Qazaxıstan klubunun baş məşqçisi Vladimir Muxanov fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, “ağ-qaralar”ın rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
"Rəqibin Azərbaycanın ən köklü və güclü klubu olduğunu bilirdik. Biz də zəif deyilik. Açığı rəqibin bu dərəcədə güclü olduğunu gözləmirdim. Oyun boyu "Neftçi" daha üstün və texnikalı futbol nümayiş etdirdi. Qapıçımız bir neçə epizodda komandamızı real qoldan xilas etdi. Sevinirəm ki, qol vurub heç-heçəyə nail olduq. Yoxlama matçı olmasına baxmayaraq belə gərgin qarşılaşmanı zədəsiz başa vurmağımız da yaxşı oldu".
