23 yanvar 2012 13:43
Sumqayıt sabah Rusiya klubu ilə qarşılaşacaq
Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” Futbol Klubu sabah qonşu ölkədə üçüncü yoxlama oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, komandanın rəqibi Rusiya 1-ci liqa təmsilçisi “Fakel” olacaq.
Oyun Bakı vaxtı ilə 19:00-da “Arcadia Limak” otelinin stadionunda baş tutacaq.
Xatırladaq ki, “Sumqayıt” ilk yoxlama matçında Qazaxıstanın “Jetusi” klubuna qalib gəlsə də (2:0), növbəti oyununda Almaniyanın II Bundesliqa təmsilçisi “Paterborn”a məğlub olmuşdu (0:4).
