23 yanvar 2012 02:17
Rumınlar Qəbələ ilə oyundan imtina etdilər
Rumıniyanın “Cluj” klubu “Qəbələ” ilə oynamaqdan imtina edib. Azerisport.az xəbər verir ki, “Qəbələ” öncədən bu komanda ilə yanvarın 28-də sınaq matçı keçirməyi planlaşdırmışdı.
Görüş Türkiyə toplanışı çərçivəsində Antalyada baş tutacaqdı. Lakin rumınların Fatih Kavlakın komandası ilə görüşdən imtinasından sonra planlarda dəyişiklik etmək lazım gəlib.
Bu üzdən də Qəbələ təmsilçisi yanvarın 29-da Polşanın “Yaqelloniya”, 31-də Rumıniyanın digər klubu “Universitatea”, fevralın 2-də isə Qazaxıstanın “Kayrat” klubu ilə qarşılaşacaq.
