23 yanvar 2012 17:08
AFFA Elvinin hərbi xidmət problemini həll etdi
“Bakı” futbol klubunun və Azərbaycan millisinin futbolçusu Elvin Məmmədova Tovuz Rayon Hərbi komissarlığından (RHK) çağırış gəldiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun məşqçisi Novruz Əzimov məlumat vermişdi.
Lakin E.Məmmədov hərbi xidmətə getməyəcək. Çünki milli futbolçuların hərbi xidməti ilə bağlı məsələlər AFFA tərəfindən həll olunduğundan, sözügedən oyunçunun da məsələsi artıq həllini tapıb.
E.Məmmədov isə hazırda "Bakı"nın düşərgəsindədi və komanda ilə birgə Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanıb.
