23 yanvar 2012 17:41

Bakı Argentina və Xorvatiyadan oyunçu aldı

“Bakı”nın iki əcnəbi futbolçu transfer etməsi barədə xəbər vermişdik. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi iki legionerlə anlaşdıqlarını bildirsə də, ad açıqlamamışdı.
 
Lakin artıq onların kimliyi müəyyənləşib. Belə ki, yeni futbolçulardan biri xorvatiyalı mərkəz müdafiəçisi Duje Bakoviç, digəri isə argentinalı mərkəz yarımmüdafiəçisi Lukas Mariodu.
 
Duje Bakoviç 1986-cı ildə Riyekada dünyaya gəlib. “Riyeka” klubunun yetirməsi olan 25 yaşlı futbolçu karyerası ərzində bu komanda ilə yanaşı, Xorvatiyanın “Oriyent”, Yunanıstanın “Kavala” və “Egaleo” klublarında çıxış edib. 2010-cu ildə yenidən “Rijeka”ya dönən Bakoviç indiyədək 32 oyunda meydana çıxıb. O, Xorvatiyanın U-18 (3 oyun), U-19 (4 oyun) və U-21 (4 oyun) yığmalarında çıxış edib.
 
1985-ci ildə Bunos Ayresdə dünyaya gələn Lukas Mario Horvat gənclik karyerası ərzində vətənində “Argentinos Xuniors” və “River Playte” klublarında çıxış edib. 2004-cü ildə Sloveniyaya gələn argentinalı həmin vaxtdan bu ölkənin “Faktor”, “Drava Ptuj”, “İnterblok” və “Domjale” klublarında çıxış edib. O, “Bakı”nın yayda “Domjale”dən aldığı Juninyo ilə komanda yoldaşı olub.
 
Paytaxt klubunun baş meneceri Zeynal Məmmədovun sözlərinə görə, sözügedən oyunçularla artıq razılığa gəlinib. Həftə sonuna kimi onlarla müqavilə imzalanması gözlənilir. Amma bunun üçün onların hazırkı klublarıyla da problemlərini tam yoluna qoyması lazımdı.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.